BDU-nun Hüquq fakültəsinin “Tələbə Hüquq Jurnalının” 10 illiyinə həsr edilmiş yubiley tədbirdə Mərkəzin böyük prokuroru iştirak edib

18 aprel 2025-ci il tarixdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Tələbə Hüquq Jurnalının” 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Tədbirdə hüquq-mühafizə orqanlarının tədris-təhsil müəssisələrinin nümayəndələri iştirak edərək Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilova təmsil edib. 
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev jurnalın tələbələrin elmi yaradıcılıq və hüquqi düşüncələrinin formalaşmasındakı rolundan, hüquq elminin və gənc hüquqşünasların inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, “Scopus” və “HeinOnline” kimi nüfuzlu bazalarda indekslənən “Tələbə Hüquq Jurnalı” ABŞ-nın Kaliforniya, Berkeley, Yel Universitetlərinin kitabxanalarında həm elektron, həm də fiziki formatda yer alır.
Sonra jurnalın ilk buraxılışının nəşrində birbaşa əməyi olan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirovun təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə Vəkillər Kollegiyasının Akademiyasının rektoru Əmir Əliyev və digər natiqlər çıxış edərək nəşrin tələbələrin hüquqi biliklərinin artmasında mühüm rol oynadığını bildiriblər.
Tədbir çərçivəsində 2016 – 2025-ci illərdə jurnalın baş redaktorları və redaktorları olmuş, hazırda isə müxtəlif struktur qurumlarda çalışan nümayəndələrlə panel müzakirələr keçirilib. Panel müzakirələr zamanı 2018-ci ildə jurnalın redaktoru olmuş Xəzər rayon prokurorluğunun böyük müstəntiqi İlham Zülfüqarlı tərəfindən jurnalın inkişafı ilə bağlı əsaslı təkliflər verilib.